Varikosel - damar genişlənməsi, xaya və toxum ciyəsi venalarının genişlənməsinə deyilir (latın sözü olan varix-venoz düyün və sele – şişkinlik deməkdir) və əsasən soltərəfli olur.
Varikosel daha çox gənc insanlarda rast gəlinir və bir çox hallarda narahatçılıq yaratmır və təsadüfi baxış zamanı tapılır. Buna baxmayaraq, varikosel cinsi əlaqə zamanı ağrılar, cinsi fəaliyyətin və reproduktiv (nəsil artırma) funksiyaların azalması kimi ciddi narahatçılıqlar törədir.
Səbəbləri:
Statistika:
Sonsuzluq şikayəti ilə müraciət edən kişilərin 25-30%-de, ümumi populyasiyada 15-20 % arasında varikoselə rast gəlinir. Amerikada hərbi xidmətə gedənlərin 20%-də varikosel görülür. Ölkəmizdə ailələrin əksəriyyəti daha gənc yaşlarda qurulduğundan varikoselin təsirinə məruz qalmadan 1 övlad sahibi olan, lakin uzun illər 2-ci uşaq sahibi ola bilməyən kişilərin 70%-də varikoselə rast gəlinir.
Varikoselinin 3 dərəcəsi olur:
1-ci dərəcə - Xaya venaları palpasiya olunmur (əllənmir), onların genişlənməsini yalnız instrumental müayinə üsulları (USM, dopleroqrafiya) ilə müəyyənləşdirmək olur.
2-ci dərəcə - Xaya venaları ayaq üstündə dayanarkən palpasiya olunur, uzanmış vəziyyətdə palpasiya olunmur.
3-cü dərəcə - Genişlənmiş xaya venaları ayaq üstündə də, uzanmış vəziyyətdə də palpasiya olunur. Xaya və toxum ciyəsi venaları vizual olaraq müəyyənləşdirilir.
mənbə http://varikosel.az/